...

Aİ və Litva ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair səylərini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Noyabr 2007 15:23 (UTC +04:00)

Litvanın xarici işlər naziri Petras Vaytekunas bəyan edib Ki, Litva ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair səylərini dəstəkləyir. Bu barədə "Novosti- Armeniya" xəbər verir.

"Avropa İttifaqı və Litva ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair səylərini dəstəkləyir və danışıqların beynəlxalq prinsiplərə müvafiq olaraq aparılması mövqeyindən çıxış edir" - deyə o, cümə axşamı Yerevanda keçirilən mətbuat konfransında Qarabağ probleminin nizamlanması prosesi üzrə ölkəsinin mövqeyindən çıxış edərək bildirib.

Vaytekunas əmin edib ki, Aİ və Litva Qarabağ münaqişəsinin nizama salınmasında mümkün qədər yardım etməyə hazırdır. Onun fikrincə, nizamlanma posesi siyasi dialoq istiqamətində gedir və münaqişə tərəfləri arasında qarşılıqlı inam mühitinin yaradılmasına yönəlib.

Xəbər lenti

Xəbər lenti