...

Ermənilər işğal olunan ərazilərdə taxıl səpininə başlayıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2007 03:12 (UTC +04:00)

Azərbaycan, Bərdə / müxbir Trend Ş.Cəliloğlu / Ermənilər işğal olunan ərazilərdə taxıl səpininə başlayıblar. Ağdam rayon İcra hakimyətindən "Trendə" verilən məlumata görə qoşunların təmas xəttində aparılan müşahidə zamanı məlum olub ki, ermənilərin apardığı payız səpinini Ağdamın işğal olan Başqərvənd kəndi və Göytəpə adlanan ərazisində aparılır. Ermənilər texnikadan istifadə edir. Rayon İcra hakimyətindən onuda bildirdilər ki, işğaldan əvvəl orada əkinin suvarılması üçün heç bir su hövzəsi yoxuydu. Ola bilsin ki, iqlim şəraitilə əlaqədar yağış suyu istifadə olunsun və yaxud artizyan quyuları qazılsın, yeni su kanalları çəkilsin. Xatırladaq ki, Ermənistan silahlı qüvvələri 1993 ildə Ağdam rayonunun 77% işğal ediblər.

Xəbər lenti

Xəbər lenti