...

Azərbaycan müdafiə naziri MDB dövlətlərinin Ermənistanla bağlı möqeyinə təəssüfünü bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2007 11:00 (UTC +04:00)
Azərbaycan müdafiə naziri MDB dövlətlərinin Ermənistanla bağlı möqeyinə təəssüfünü bildirib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ "Təəssüf edirəm ki, bu günə kimi Müstəqil Dövlətlər Birliyi Ermənistanın işğalçı dövlət olduğuna münasibət göstərməmiş, bu istiqamətdə əməli bir addım atmamışdır", çərşənbə günü Rusiyanın müdafiə naziri Anatoli Serdnyukovla görüşündə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bildirib.

Rusiya müdafiə nazirinin dünən Azərbaycana rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Serdnyukovun bu gün Qəbələ Radiolokasiya Stansiyasına gedəcəyi də gözlənilir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətə toxunaraq bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bölgədə mürəkkəb və gərgin vəziyyət qalmaqdadır. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin tələbləri hələ də yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti