...

ATƏT rəhbəri ölkələri "dondurulmuş münaqişələr"in həlli üçün siyasi iradə göstərməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2007 14:56 (UTC +04:00)
ATƏT rəhbəri ölkələri "dondurulmuş münaqişələr"in həlli üçün siyasi iradə göstərməyə çağırıb

İspaniya,Madrid / Trend müxbir A.Məhərrəmli/ ATƏT-in fəaliyyətdə olan sədri Migel Anxel Moratinos ATƏT XİN rəhbərlərinin Madriddə keçirilən görüşündə bəyan edib ki, "dondurulmuş münaqişələr"in həlli üçün siyasi iradə və nəciblik göstrəmək lazımdır.

"Sülhə nail olmaq və sülh şəraitində yaşamaq üçün həlledici danışıqlar keçirmək istəyinin və Moldova, Gürcüstan və Dağlıq Qarabağda münaqişələrin həlli üçün siyasi iradənin olması vacibdir" - deyə Moratinos qeyd edib.

Moratinos konfrans iştirakçılarını vahid bir fikrə gəlməyə çağırıb. Təşkilatın rəhbəri hesab edir ki, bu, ATƏT ölkələrinin təhlükəsizliyini təmin etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti