...

Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2007 12:52 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub

Azərbaycan, Xaçmaz / Trend müxbir A.Qafarov, E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend ə bildiriblər ki, dekabrın 4-də axşam saatlarında Tərtər istiqamətində baş verən atışma zamanı 19 yaşlı Asif Yaşar oğlu Cəfərov həlak olub.

Bu il ərzində atəşkəsin pozulması və digər bədbəxt hadisələr nəticəsində Azərbaycan Milli Ordusunun 45 əsgər və zabiti həlak olub.

Cəfərov Dəvəçi Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Trend in bölgə müxbirinin məlumatına görə, Cəfərovun cənazəsi bu gün günorta saatlarında yaşadığı Dəvəçi rayonuna gətirilib.

Xəbər lenti

Xəbər lenti