...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2007 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 6-da saat 19.35-dən dekabrın 7-i saat 05.45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.05-dən dekabrın 7-i saat 01.50-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, dekabrın 7-də saat 01.44-dən 04.50-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 04.40-dan 04.55-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti