...

Azərbaycan və Ermənistan girovları dəyişdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2007 15:26 (UTC +04:00)
Azərbaycan və Ermənistan girovları dəyişdirilib

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin beş ay öncə girov götürdüyü Tərtər rayon sakini Anar Əliyev bu gün günorta saatlarında Azərbaycan tərəfinə təhvil verilib.

Əliyev bu il avqustun 2-də Ermənistanla sərhəddə Ermənistan Silahlı Qüvvələrinin əsgərləri tərəfindən girov götürülüb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) mətbuat xidmətindən verilən məlumata görə, girovun geri qaytarılması Ağdam rayonu ərazisində həyata keçirilib.

BQXK-nin məlumatına görə, Bakıda girovluqda saxlanılan Ermənistan vətəndaşı Valeriy Süleymanyan da öz ölkəsinə təhvil verilib.

Ötən il dekabrın 24-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Azərbaycan vətəndaşı Samir Məmmədov isə hələ də əsirlikdədir.

Xəbər lenti

Xəbər lenti