...

Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ilkin razılaşma Ermənistandakı seçkilərə qədər əldə oluna bilər – baş nazir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2007 12:16 (UTC +04:00)
Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ilkin razılaşma Ermənistandakı seçkilərə qədər əldə oluna bilər – baş nazir

PanARMENIAN xəbər verir ki, Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ilkin razılaşma fevralın 19-da Ermənistanda keçiriləcək prezident seçkilərinə qədər əldə oluna bilər. Bu barədə Reuters-ə müsahibəsində Ermənistanın baş naziri Serj Sarkisyan bildirib.

"Mən düşünmürəm ki, prezident seçkiləri danışıqların gedişatına təsir göstərə bilər. Ümid edirəm və hətta əminəm ki, buna qədər birgə bəyannamə əldə oluna bilər. Ermənistanın perizent postuna namizədliyin irəli sürülməsi niyyəti Azərbaycanla razılaşmanın əldə olunması üzrə cəhdlərə təsir göstərmir" - deyə qeyd edən Sarkisyan bildirib ki, o, Ermənistan siyasi aləmində yeni sima deyil.

"Mən Ermənistanda baş verən bütün hadisələrdə iştirak etmişəm, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı. Mən indi əldə olunan yeni təkliflərin bütün təfərrüatı ilə tanışam. Məhz buna görə fikirləşirəm ki, prezident seçkiləri danışıqlar prosesinə mane ola bilməz" - deyə Ermənistan Respublikasının baş naziri bildirib.

Xəbər lenti

Xəbər lenti