...

Hərbi münaqişələrin həllində gənclərin rolu barədə Bakıda beynəlxalq konfrans keçirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Bu gün Azərbaycanda ölkə vətəndaşları ilə bərabər hüquqa malik 80-ə yaxın millət və milli azlıqların nümayəndələri yaşayırlar. Bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çərşənbə axşamı Bakıda keçirilən "Ermənistan-Azərbaycan münaqişəsi: hərbi münaqişələrin həllində gənclərin rolu" beynəlxalq konfransında çıxış edərkən bildirib.

17 ildən çoxdur ki, Azərbaycan milli və siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ciddi narahat edən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub. Nazir bildirib ki, Azərbaycan artıq uzun illərdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin reallıqları barədə həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırır və bugünkü konfrans bu istiqamətdə daha bir addım olacaq.

Azərbaycan XİN-i ilə birgə təşkil olunan konfransda dünyanın 22 ölkəsindən olan konfliktoloq və politoloqlar, Azərbaycan gəclər təşkilatlarının nümayəndələri iştirak edir. Konfransın yekununda Bakı bəyannaməsinin qəbulu gözlənilir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti