...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2007 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 18-də saat 13.35-dən 13.50-dək və saat 16.50-dən 16.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 19.00-dan 19.15-dək Qazax rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 20.25-dən 20.35-dək və dekabrın 19-da saat 02.10-dan 02.40-dək Ağdam rayonunun Cəvahirli və Mərzili kəndlərinin yaxınlığında yerləşən mövqelərindən, saat 00.01-dən 00.15-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti