...

Azərbaycan və Ermənistan "baza prinsipləri"ni qəbul etsələr, vasitəçilər sülh müqaviləsini hazırlaya biləcəklər -rusiyalı diplomat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Dekabr 2007 15:53 (UTC +04:00)
Azərbaycan və Ermənistan "baza prinsipləri"ni qəbul etsələr, vasitəçilər sülh müqaviləsini hazırlaya biləcəklər -rusiyalı diplomat

Azərbaycan, Bakı/ " , müxbir E.Hüseynov/ Əgər münaqişə tərəfləri nizamlamanın "baza prinsipləri" ilə razılaşsalar, beynəlxalq vasitəçilər İrəvandakı prezident seçkilərinədək Ermənistan-Azərbaycan sülh razılaşması layihəsini hazırlaya bilərlər. Bu barədə Trend ə beynəlxalq vasitəçilər qrupunun rusiyalı həmsədri Yuriy Merzlyakov məlumat verib. Beynəlxalq vasitəçilər qrupunun - ATƏT-in Dağlıq Qarabağ münaqişə üzrə Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri noyabrın sonunda Madriddə Azərbaycan və Ermənistan tərəflərinə münaqişənin dinc yolla nizamlanmasına dair yazılı təkliflər təqdim ediblər. Danışıqlar prosesi məxfi aparıldığı üçün təkliflərin mahiyyəti mətbuata açıqlanmayıb. "Mahiyyətinə görə bu təkliflərdə yeni heç bir şey yoxdur. Bu təkliflərdə üç il ərzində davam edən danışıqlar zamanı nail olunan razılaşmalar bir qədər sistemləşdirilmiş formada toplanılıb və təkliflərimiz təqdim olunub"-çərşənbə günü Merzlyakov Moskvadan telefonla məlumat verib. Rusiyalı vasitəçi bildirib ki, Minsk qrupunun həmsədrləri təqdim olunan təklilərə dair tərəflərin cavabını yanvarın ortalarında regiona səfərləri çərçivəsində almaq niyyətindədirlər. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəyləri artıq Madriddə səsləndirilib. Bu rəylər kifayət qədər müsbətdir. Diplomat tərəflərin təklifləri öyrəndiklərini bildirib. Münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlar artıq 17 ildir ki, davam edir. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub və hər iki tərəfdən 30 mindən çox insan həlak olub.Merzlyakov həmsədrlərin regiona səfərindən sonra Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi üçün razılığın alınacağını istisna etməyib. Rusiyalı vasitəçi bir neçə variantın, həmçinin prezidentlərin öz paytaxlarında bəyanatla çıxış edə biləcəkləri variantının olduğunu bildirib. Diplomat bildirib ki, həmsədrlər yanvar səfərinin gedişi zamanı Dağlıq Qarabağa baş çəkmək niyyətindədirlər. İndiyədək ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə tərəflərinə üç təklif təqdim ediblər. Təkliflərdən ikisi Ermənistan tərəfindən qəbul edilməyib. Öz növbəsində, rəsmi Bakı həmsədrlərin Dağlıq Qarabağla birlikdə konfederasiya dövlətinin yaradılması təklifini qəbul etməyib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır. Bununla yanaşı, AŞPA-nın alt komitəsinin erməni və azərbaycanlı deputatların Strasburqda görüşünü təşkil etmək təşəbbüsü, alt komitə üzvlərinin Dağlıq Qarabağ münaqişəsi regionuna səfəri fikri nəticəsizdir.

Xəbər lenti

Xəbər lenti