...

Böyük Britaniya XİN-i turoperatorlara Azərbaycanın işğal olunmuş ərazilərinə səyahətlər təşkil etməməyi israrla tövsiyə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2008 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir S.Ağayeva / Böyük Britaniya XİN-i turoperatorlara Azərbaycanın işğal olunmuş ərazilərinə səyahətlər təşkil etməməyi israrla tövsiyə edib. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Söhbət Britaniyanın "Samvel Travel" turoperatorunun fəaliyyətindən gedir. Bu şirkət öz saytında Azərbaycanın işğal olunmuş ərazilərinə səyahətlərin təşkil edildiyinə dair elan yerləşdirib.

"Azərbaycan tərəfinin Böyük Britaniya XİN-ə rəsmi Bakının narazılığını əks etdirən müraciətindən sonra, bu ölkənin Xarici Siyasət İdarəsi öz şirkətlərinə Azərbaycanın işğal olunmuş ərazilərinə bu kimi səyahətlərdən imtina etməyi və ya icazə üçün Azərbaycan tərəfinə müraciət etməyi israrla tövsiyə edib. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər yeddi rayon Azərbaycanın əraziləridir" - deyə İbrahim bildirib.

Xəbər lenti

Xəbər lenti