...

ATƏT-in Minsk Qrupunun formatı Ermənistan və Azərbaycanın maraqlarına uyğundur– Rusiya XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Mart 2008 14:38 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun formatı saxlanacaq, çünki bu format həm Ermənistan və Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. Bu barədə cümə axşamı Yerevanda jurnalistlərə Rusiyanın XİN başçısının müavini Qriqori Karasin bildirib.

"Mən sağlam düşüncənin üstün olacağına ümid edirəm və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi öz axarı ilə davam edəcək, çünki bu yol artıq müəyyən müsbət nəticələr gətirib, sakit mühit yaradıb" - "Novosti-Armeniya" xəbər verir ki, bu barədə Karasin vurğulayıb.

Onun sözlərinə görə, tərəflər məsələləri konstruktiv olaraq, sülh yolu ilə müzakirə etməyə alışıblar və "bunu qiymətləndirmək lazımdır". "Formatda istənilən dəyişiklik hər hansı bir yeniliyin gözlənilməsi fonunda inamsızlıq hisslərinin meydana gəlməsinə səbəb olacaq. Düşünürəm ki, sülh yolu ilə nizamlanma kimi incə və həssas proseslərində, bu yersizdir " - deyə Rusiya XİN-nin rəhbərinin müavini bildirib.

Onun sözlərinə görə Minsk Qrupu öz səmərəliliyni sübut edib və onun formatında dəyişiklik barədə fikirləşməyə hər hansı bir əsas yoxdur. "Bildiyiniz kimi, Rusiya, Birləşmiş Ştatlar və Fransa ilə bərabər, Azərbaycan tərəfindən Baş Assambleyaya təqdim edilən Qətnamənin əleyhinə səs verib. Biz prosesin normal axında getdiyni əsas tutduq və Baş Assambleya kimi nüfuzlu beynəlxalq forumlarda bu kimi kəskin çıxışlar heç bir müsbət nəticəyə gətirib çıxara bilməz" - deyə Karasin vurğulayıb.

Martın 14-də BMT Baş Assableyası 39 lehinə, yeddi əleyhinə və 100 dövlət bitərəf olmaqla, Azərbaycan tərəfindən təqdim olunan Azərbaycanın işğal olunmş ərazilərindən Ermənistan Qüvvələrinin dərhal çıxarılması tələbi ilə Dağlıq Qarabağ üzrə Qətnamə qəbul edib. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya layihənin əleyhinə səs veriblər.

Bununla yanaşı, Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, Qətnamə üzrə səsvermə bu yanaşmanın düzgünlüyünü təsdiq edib. "Biz ümid edirik ki, proses əvvəlki kimi öz yolu iləə gedəcək və Minsk Qrupunun səyləri sayəsində, Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü keçiriləcək " - deyə Karasin bildirib.O qeyd edib ki, keçmiş Sovet məkanındakı digər münaqşələrdən fərqli olaraq, Azərbaycan və Ermənistan liderlərinin səyləri ilə danışqlar aparılar, prezdentlər, xarici işlər nazirləri görüşlər keçirir və bu fəal görüşlərdə beynəlxalq ictimaiyyət iştirak edir. Karasin onu da bildirib ki, Rusiya Cənubi Qafqaz ölkələri ilə açıq münasibətlərin qurulması üzrə istiqamətlənib. "Biz Cənubi Qafqazın stabillik zonası olmasını istəyirik və Cənubi Qafqaz ölkələri ilə Rusiya arasında dostluq, tamamilə şəffaf, başa düşülən münasibətlərin olmasını daha çox istəyirik " - deyə Karasin bildirib. O qeyd edib ki, bunun üçün siyasi sərbəstlik və bir-birinə hörmət olmaq lazımdır. "Biz bu kimi fəaliyyətə hazırıq və bizim Ermənistan və Azərbaycanla, həmçinin, gürcüstanlı tərəfdaşlarla mövcud müqavilələrimiz buna istiqamətlənib" - deyə Rusiyanın XİN başçısının müavini bildirib.

Xəbər lenti

Xəbər lenti