...

Erməni əsirliyində olan Azərbaycan əsgəri buraxılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 may / Trend , müxbir C.Babayeva/ Bu gün Ermənistanın Silahlı Qüvvələri aprelin 11-də Ağdamın Yusifcanlı kəndində saxlanılan 19 yaşlı Azərbaycan əsgəri Vüsal Heybətovu buraxıb. Bu barədə şənbə günü Trend -a Beynəlxalq Qırmıxı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Azərbaycan hərbçisi bu gün saat 14:00-da Beynəlxalq Qırmıxı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin vasitəçiliyi ilə Ağdam istiqamətində təmas xəttində, Baş-Qərvənd kəndində buraxılıb.

1989-cu il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal Heybətov aprelin 11- də Ermənistan Silahlı Qüvvələri tərəfindən saxlanmışdı.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti