...

BMT Azərbaycandakı qaçqın və məcburi köçkünlərə verdiyi ərzaq yardımını bütövlükdə dayandıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2008 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, iyunun 30-da BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycandakı qaçqın və məcburi köçkünlərə verdiyi ərzaq yardımını bütövlükdə dayandıracaq. Bu barədə çərşənbə axşamı jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.

BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində Azərbaycandakı qaçqın və məcburi köçkünlərə 1994-cü ildən ərzaq yardımı edilir. İlk illər proqramdan 300 min qaçqın və məcburi köçkün yararlanırdı. Son 2 ilə qədər isə ərzaq proqramı 170 min qaçqın və məcburi köçkünə şamil edilib.

Həsənov deyib ki, Ümumdünya Ərzaq Proqramından hazırda 70 min qaçqın və məcburi köçkün yararlanır. Proqramdan kənar qalan 230 min qaçqın və məcburi köçkünün ərzaq yardımını Azərbaycan hökuməti öz üzərinə götürüb. Onun sözlərinə görə, Ümumdünya Ərzaq Proqramının icrası dayandırıldıqdan sonra qalan 70 min qaçqın və məcburi köçkünün də ərzaq yardımını hökumət öz üzərinə götürəcək.

Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsi və ölkəsindən azərbaycanlıları etnik təmizləməyə məruz qoyması nəticəsində Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün yerləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti