Azərbaycan, Bakı, 22 may / Trend , müxbir E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz keçib.
Bu barədə cümə axşamı Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarəti altından çıxıb. 1992-93-cüillərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin may ayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır. Atəşkəs rejiminin mühafizə olunması üçün ATƏT qoşunların təmas xəttində monitorinq aparır.
Məlumata əsasən, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri İmre Palatinus və Antal Herdiç keçiriblər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Səfir Anjey Kasprşik və onun səhra köməkçiləri Piter Ki və Vladimir Çonuntulov (Bolqarıstan) keçiriblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]