Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun son həftəsində Qarabağ münaqişəsi regionuna səfər edəcəklər. Bu barədə "Xəbərlər-Ermənistan" xəbər verib
"Qarabağ münaqişəsi üzrə tərəflərin və ATƏT Minsk Qrupunun mövqelərinin yaxınlaşdırılmasını davam etdirmək məqsədilə, həmsədrlər regiona səfər edəcəklər", - deyə Nalbandyan çərşənbə günü jurnalistlərə bildirib.