...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2008 10:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 17-da saat 09.20-dən 13.40-dək və saat 16.40-dan 21.50-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari və Mosesqex, Noyamberyan rayonu Dovex kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları ərazisindəki adsız yüksəkliklərdə, Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 21.35-dən 23.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 22.55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.40-dan 22.55-dək və iyunun 18-i saat 00.50-dən 01.10-dək Ağdam rayonunun Yusifcanlı və Mərizli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti