...

Əgər Azərbaycan və Ermənistan hərbi xərclərin artırılmasını dayandırmasa, regionda hərbi əməliyyatların bərpasından qaçmaq mümkün olmayacaq – ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2008 14:44 (UTC +04:00)
Əgər Azərbaycan və Ermənistan hərbi xərclərin artırılmasını dayandırmasa, regionda hərbi əməliyyatların bərpasından qaçmaq mümkün olmayacaq – ekspertlər

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir S.Ağayeva/ Azərbaycan ekspertləri hesab edirlər ki, Ermənistan və Azərbaycan ordu üçün hərbi xərclərin artırılmasını dayandırmayacağı təqdirdə hərbi əməliyyatların bərpasından qaçmaq mümkün olmayacaq.

"Azərbaycan və Ermənistanın hərbi xərcləri artırması və ordunun hərbi imkanlarını gücləndirməsi regionda hərbi əməldiyyatalrın başlamasına gətirib çıxaracaq", - deyə müstəqil hərbi ekspert Ələkbər Məmmədov bildirib.

Ekspertin cümə günü Trend -a bildirdiyinə görə, Azərbaycanın hərbi xərcləri artırması Ermənistan rəhbərliyini qıcıqlandırır və bu dövlət adekvat tədbirlər görmək, istənilən qəsdin qarşısını almağa hazır olan ordunun təhlükəsizliyinin yüksəldilməsinə lazımi maliyyə vəsaitləri yönəltmək qərarına gəlib.

Ölkə prezidenti İlham Əliyev bir gün əvvəl bəyan edib ki,2008-ci ildə Azərbaycanın hərbi xərcləri 1 mlrd. 1,3 mlrd. dollara qədər artacaq.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ ətrafında yaranan Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmaması səbəbindən hərbi şəraitdə yaşamağa davam edən Azərbaycana güclü ordu lazımdır. Dövlət başçısı bildirib ki, "ordunun peşəkarlıq səviyyəsinin artırılması, yeni texnologiyalar, silahlar və döyüş sursatlarının ələdə edilməsi, hərbi-sənaye kompleksinin yaradılması üzrə kurs davam etdiriləcək".

Cavabında Ermənistan prezidenti Serj Sarkisyan ölkənin ordu büdcəsinin artırılmasına zərurətin olduğunu bəyan edib. "Bir halda ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi davam etdirilir, deməli, problem tam olaraq həll olunmayıb, yəni hərbi əməliyyatların bərpa olunması təhlükəsi var. Buna görə də, ordu döyüş qabiliyyətli, güclü və istənilən qəsdin qarşısını almağa hazır olmalıdır", - deyə Sarkisyan cümə axşamı Ermənistan Silahlı Qüvvələrinin zabit heyəti ilə görüşü zamanı bildirib.

Hərbiekspert bildirib ki, beynəlxalq ictimaiyyət qarşıdurmanın qarşısını almalı və tərəfləri silahlanmadan və hərbi əmədliyyatların bərpa olunmasından çəkinməyə çağırmalıdır.

Müstəqil hərbi ekspert Üzeyir Cəfərov hesabedir ki, beynəlxalq ictimaiyyyət Azərbaycan və Ermənistana hərbi əməliyyatları başlamasına imkan verməməlidir. "Hər şey onlardan asılı olmamalıdır, baxzmayaraq ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını hərbi əməliyyatlar yolu ilə daha çox azad etmə hüququ var", - deyə ekspert bildrib.

Ekspert hesab edir ki, güclü ordu danşıqlar prosesində güclü elementlərdən biridir və Azərbaycan bundan istifadə edə bilər. Lakin silahlanma üzrə yarışma heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq və tərəflər hərbiləşmədən imtina etməlidirlər.ö

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti