Azərbaycan, Bakı, 07 iyul/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 6-da saat 20.08-dən 20.18-dək və iyulun 7-də 02.15-dən 02.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 02.10-dan 02.25-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.30 dan 05.00-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir.