...

Qoşunların təmas xəttində monitorinq keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2008 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul/ Trend , müxbir E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 16-da Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Antal Herdiç və İrci Aberle keçiriblər. Monitorinq insidentsiz ötüşüb.

Xəbər lenti

Xəbər lenti