...

ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək saziş tapmağa səy göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Oktyabr 2008 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / , müxbir A.Qasımova/ ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək saziş tapmağa səy göstərir. Bu barədə cümə axşamı Trend -a ABŞ Dövlət Katibi köməkçisinin müavini, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza bildirib.

ATƏT-in Minsk Qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri - Bernar Fasye, Yuri Merzlyakov və Metyu Brayza gələn həftə münaqişə regionuna səfər etməyi planlaşdırırlar.

Bu, vasitəçilərin Azərbaycanda keçirilən prezident seçkisindən sonra regiona ilk səfərləri olacaq. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Fasye çərşənbə axşamı telefonla Trend -a bildirib ki, ölkədə keçirilən seçki ilə əlaqədar olaraq danışıqlar prosesi dayandırılmışdı, indi isə həmsədrlər fəal formada öz işlərini bərpa etmək niyyətindədirlər.

Brayzanın sözlərinə görə, həmsədrlərin səfəri yaxın iki həftə ərzində gözlənilir.

"ABŞ hər iki tərəfi razı salacaq, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutacaq və özündə əlavə beynəlxalq prinsipləri əks etdirəcək saziş tapmağa səy göstərir", - deyə Brayza bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı- trend

Xəbər lenti

Xəbər lenti