Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir B.Həsənov/ Ankara Azərbaycan, Ermənistan və Türkiyə liderlərinin İstanbulda mümkün görüşü haqqında məlumatı təkzib edir.
Türkiyə prezidentinin baş müşaviri Əhməd Sevər Türkiyə kütləvi informasiya vasitələrinin yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Türkiyə prezidentlərinin İstanbulda mümkün görüşü haqqında məlumatını təkzib edir.
Türkiyə prezidenti Abdullah Gül Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirəsi üçün İstanbulda Azərbaycan, Ermənistan və Türkiyə liderlərinin üçtərəfli görüşünü keçirmək təşəbbüsü ilə çıxış edib, - Türkiyənin ZAMAN qəzeti cümə günü yazıb. Qəzetin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyevin bir gün əvvəl Türkiyəyə səfəri zamanı Türkiyə prezidenti bu məsələni öz həmkarı ilə razılaşdırıb.
"Türkiyə kütləvi informasiya vasitələrinin bu məlumatının heç bir əsası yoxdur", - Əhməd Sevər cümə günü Ankaradan telefonla Trend -a bildirib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]