Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Beynəlxalq Böhran Qrupu (BBQ) Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə öz tövsiyələrini təqdim edib.
Azərbaycan və Ermənistan hökumətlərinə təhlükəsizlik zəmanəti və sülhün qorunması üzrə beynəlxalq qüvvələrin yerləşdirilməsini təmin edən əsas prinsiplər haqqında sənəd üzrə razılığa gəlmək; Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələrinin, Kəlbəcər və Laçın rayonları üçün xüsusi şərtlərin müəyyən edilməsi ilə, Dağlıq Qarabağa bitişik bütün işğal edilmiş ərazilərdən çıxarılması; müvəqqəti yaşayış yerini dəyişmiş şəxslərin qaytarılmasını həyata keçirmək lazımdır, - BBQ-nin münaqişənin nizamlanması vəziyyətinə dair hesabatında bildirilir.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Münaqişə aparan tərəflər perspektivdə ümumxalq səsverməsi yolu ilə Dağlıq Qarabağın qəti statusunu müəyyən etməli və bu məsələ üzrə səsvermə keçirilənədək aralıq statusu təyin etməli, bütün nəqliyyat və ticarət marşrutlarını açmalıdırlar, - təşkilatın saytında yerləşdirilmiş sənəddə bildirilir.
Ermənistan və Azərbaycan hökumətinə və Dağlıq Qarabağın de-fakto hakmiyyətinə 1994-cü ilin atəşkəs haqqında razılığına əməl etmək, güc tətbiq etməkdən çəkinmək, hərbi büdcələrin artımını dayandırmaq və qarşılıqlı ittihamlar, müharibə və təxribat xarakterli bəyanatlara çıxış etməyi dayandırmaq tövsiyə olunur.
Dağlıq Qarabağın de-fakto hakimiyyətinə özəlləşdirmə, infrastrukturun yaradılması və bu rayonlarda yerli özünüidarəetmə strukturlarının yaradılması da daxil olmaqla, işğal edilmiş ərazilərin ermənilərlə məskunlaşdırılmasının dəstəklənməsini dayandırmaq tövsiyə olunur.
BBQ-nin hesabatında Azərbaycana Qarabağ azərbaycanlılarına öz birliklərinin rəhbərini seçmək və neftin satışından əldə edilən gəlirlərin bütün vətəndaşların, xüsusilə də daxildə yerini dəyişmiş şəxslərin rifahı naminə istifadə edilməsi üçün şəffaflığın artırılması və korrupsiyanın azaldılması üzrə birgə təşəbbüslərlə çıxış etmək imkanı vermək tövsiyə edilir.
BBQ, Minsk Qrupu həmsədrlərinə (Fransa, Rusiya, ABŞ) və daha geniş beynəlxalq ictimaiyyətə prosesin fasiləsizliyini dəstəkləməyi, Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar üçün çıxış nöqtəsini təmin etmək üçün fikir ayrılığı doğuran bəndlərin dəqiq müəyyənləşdirilməsi ilə əsas prinsiplər üzrə sazişin təmin edilməsinə dair səyləri davam etdirməyi məsləhət görür.
BBQ həmçinin həmsədrlərin nümayəndələrinin dərəcəsini qaldırmağı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını Ermənistan və Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərində başlıca elementə çevirməyi tösviyə edir. Beynəlxalq təşkilat, Minsk prosesinin gedişini izləməli, bütün tərəflərlə birbaşa əlaqələr saxlamalı, Dağlıq Qarabağa səfər etməli, Azərbaycanda yaşayış yerlərini dəyişmiş şəxslərə baş çəkməli və Avropa Komissiyası ilə birgə münaqişə ilə bağlı maliyyələşdirmə tələbatlarını qiymətləndirməli olan Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin rolunu artırmağı təklif edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]