Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir R.Novruzov / Dağlıq Qarabağ münaqişəsi Türkiyə xarici işlər naziri Əli Babacanın Bakıya gözlənilən səfəri çərçivəsində əsas müzakirə predmeti olacaq. Səfər noyabrın 30-u - dekabrın 1-nə planlaşdırılıb, - bazar ertəsi Türkiyənin Azərbaycandakı səfirliyindən Trend -a bildiriblər.
Səfər çərçivəsində Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Azərbaycan rəsmilərilə bir sıra görüşlər keçirəcək.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992-ci ildən etibarən Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.
Ermənistan-Azərbaycan münaqişəsilə bağlı danışıqlar bu gün İstanbulda Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Əli Babacanla Edvard Nalbəndyan arasında keçirilən danışıqların əsas müzakirə mövzusu olacaq.