...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2008 10:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 5-də saat 00.20-dən 00.25-dək Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 01.10-dan 01.30-dək, 02.00-dan 02.30-dək Tərtər rayonunun Çaylı, Seysulan, Qızıl Oba, Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, dekabrın 4-də saat 17.00-dan 17.50-dək, dekarbrın 5-də 05.40-dan 05.45-dək Xocavənd rayonunun Kurapatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti