...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Yanvar 2009 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 12-də saat 20.20-dən 20.25-dək və yanvarın 13-də saat 00.05-dən 00.30-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex və Ayqedzor kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu və Əlibəyli  kəndləri ərazisində yerləşən mövqelərini, saat 16.40-dan 17.10-dək Goranboy rayonunun ərazisindək adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01.30-dan 01.35-dək  Ağdam rayonunun Qaraqaşlı  kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti