...

Qarabağ məsələsində Azərbaycanı heç vaxt tək qoya bilmərik – Türkiyənin Baş naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Yanvar 2009 15:01 (UTC +04:00)
Qarabağ məsələsində Azərbaycanı heç vaxt tək qoya bilmərik – Türkiyənin Baş naziri

Dünya İqtisadi Forumunda iştirak edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Davosda jurnalistlərin suallarını cavablandırarkən Qarabağ məsələsində heç vaxt Azərbaycanı tək qoya bilməyəcəklərini bildirib. Bu barədə Türkiyənin "MynetHaber" informasiya agentliyi məlumat verib.

Bu gün axşam Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcəyini bildirən Ərdoğan bu görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə görüşməsinin çox təbii və əhəmiyyətli olduğunu vurğulayıb. Ərdoğan, İlham Əliyevlə keçirdikləri görüşün Sarkisyanla bu gün keçirəcəkləri görüşün çərçivəsini müəyyənləşdirdiyini bildirib. "Bu həmişə belə olub və bundan sonra da belə olacaq", - deyə Ərdoğan əlavə edib.

Baş nazir Ermənistanın da bəzi şeyləri anlamasının vacib olduğunu bildirərək, Ermənistan tərəfi ilə görüşlərin birbaşa Türkiyə - Ermənistan məsələsi ilə deyil, Qarabağ məsələsi ilə də əlaqəli olduğunu vurğulayıb. Ərdoğan onu da əlavə edib ki, Ermənistan səmimi bir mövqe ortaya qoyarsa, bu axşam Sarkisyanla baş tutacaq görüş Ermənistanla Türkiyənin gələcək yol xəritəsini müəyyənləşdirə bilər.

Xəbər lenti

Xəbər lenti