...

Astanada Xocalı faciəsinin 17-ci ildönümü qeyd olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2009 19:10 (UTC +04:00)

Qazaxıstan, Astana, 26 fevral / Trend , müxbir K.Arınova /

"Astanada Xocalı faciəsinin 17-ci ildönümü qeyd olunub", - Trend -un Qazaxıstan paytaxtındakı xüsusi müxbiri bildirib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkil etdiyi tədbir Astana iqtisadi texnikumunun böyük akt zalında keçirilib. Tədbir iştirakçıları Xocalı faciəsinin qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri sabiq SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini ələ keçirib", - tədbirin açıq elan edərkən, Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov deyib.

O xatırladıb ki, artilleriya silahları, ağır hərbi texnikanın köməkliyi ilə bütün şəhər oda bürünüb.  

"Qətliamda 613 nəfər Xocalı sakini amansızcasına öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70 nəfəri yaşlı insan olub. 150 nəfər itkin düşüb. Dövlətə dəyən ziyan 5 milyard rubl (1992-ci il üçün) təşkil edib", - diplomat bildirib.

Tədbirdə paytaxt azərbaycanlılarının diasporu, Türkiyə, Gürcüstan səfirliklərinin, "Azərbaycan-Qazaxıstan" Dostluq Assosiasiyasının nümayəndələri, alimlər, tələbələr və jurnalistlər iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti