...

Ermənilər beynəlxaq sərgidə Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim edə bilməyiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2009 12:32 (UTC +04:00)
Ermənilər beynəlxaq sərgidə Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim edə bilməyiblər

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir E.Rüstəmov /

Ermənilər Almaniyada keçirilən beynəlxalq turizm sərgisində Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim edə bilməyiblər və onların təxribat mahiyyətli materialları təşkilatçılar tərəfindən sərgidən çıxarılıb.

Ermənistan KİV-i Dağlıq Qarabağın Almaniyada keçirilən turizm sərgisində ayrıca tərəf kimi iştirak etdiyi barədə məlumat yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat katibi Ramil Fərzəliyevin Berlindən telefonla Trend -a bildirdiyinə görə, Azərbaycanın Almaniyadakı səfirliyi Berlində keçirilən beynəlxalq sərgidə ermənilər tərəfindən təxribat hazırlandığını bilib, sərginin təşkilatçılarına müraciət edib və onlar tərəfindən tədbirdə heç bir siyasi təxribata yol verilməyəcəyinə dair vəd alıb.

Fərzəliyev bildirib ki, sərgi rəhbərlərinin səfirliyə bildirdiklərinə görə, beynəlxalq sərginin təşkilatçıları Almaniyada fəaliyyət göstərən və Dağlıq Qarabağ hökuməti kimi deyil, "Qarabağ dostluq qrupu" kimi ərizə verən erməni icmalarından birini iştirakçı qismində qeydiyyata alıb.

Təşkilatçılar erməni icması siyasi təxribata yol verəcəyi təqdirdə onların stendini sərgidən çıxaracaqları barədə bildiriblər.  

"Sərgi zamanı ermənilər Azərbaycan-Ermənistan münaqişəsi barədə təxribat mahiyyətli materiallar, xəritələr, kibatlar, broşüralar nümayiş etdirməyə cəhd göstəriblər. Azərbaycan səfirliyi bu barədə dərhal sərgi təşkilatçılarına xəbər verib və bu icmanın stendi yığışdırılıb", - deyə Fərzəliyev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti