...

Tərəflər hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərini müzakirə edirlər – amerikalı həmsədr (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2009 20:56 (UTC +04:00)
Tərəflər hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərini müzakirə edirlər – amerikalı həmsədr (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir E.Rüstəmov /

ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza cümə günü jurnalistlərə bildirib ki, tərəflər hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı onlara 2007-ci ildə təqdim olunmuş Madrid prinsiplərini müzakirə edirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Brayzanın sözlərinə əsasən, Madrid prinsiplərinə güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqın öz müqəddəratını həll etmək hüququ aiddir.

"Məsələnin elə balanslaşmış həlli yolunu tapmalıyıq ki, münaqişə tərəflərinin hər ikisi razı qalsın", - Brayza deyib.

ABŞ Dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza cümə günü bir günlük səfərlə Azərbaycandadır. O, Bakıda bir sıra görüşlər keçirib və o cümlədən Prezident İlham Əliyevlə görüşüb.  

"Azərbaycan hakimiyyət nümayəndələri ilə Dağlıq Qarabağ münaqişəsi və enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik", - Brayza deyib.

Brayza əlavə edib ki, o getdikdən sonra Minsk qrupunun fransalı həmsədri Bernar Fasye Bakıya səfər edəcək və bir neçə gün sonra isə həmsədrlər yenidən regiona gələcəklər.

Türkiyə-Ermənistan sərhədinin açılmasının mümkünlüyü barədə danışan amerikalı diplomat qeyd edib ki, sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti