...

Təhlükəli olan hal bilərəkdən konkret şəxs istiqamətində atəş açmaqdır – ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2009 15:17 (UTC +04:00)
Təhlükəli olan hal bilərəkdən konkret şəxs istiqamətində atəş açmaqdır – ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi

Tərəflər həqiqətən də sakitliyin bərqərar olunmasında və atışmada günahkar olanların tapılmasında maraqlıdırlarsa, atışmanın səbəblərini öyrənmək məqsədilə müəyyən bir əməkdaşlıq qursalar, yaxşı olardı. Armİnfo-nun yazdığına görə, bu haqda ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Andjey Kasprşik Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində atəşkəsin pozulması hallarını şərh edərkən "Qolos Armenii" qəzetinə verdiyi müsahibədə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

"Qoşunların təmas xəttində atışma halları olmasaydı, çox məmnun olardım. Amma hər iki tərəfin müdafiə nazirliklərinin verdiyi məlumatlara və bizim müşahidələrimizə əsasən, güllə səsləri münaqişə zonasında hər zaman eşidilir. Ən pisi isə odur ki, bəzən həlak olanlar da olur. Əlimizdən gələni edirik ki, bu kimi hallar təkrarlanmasın və ciddi bir hala çevrilməsin", - Kasprşik deyib.

Bununla belə, Kasprşik xatırladıb ki, onun mandatı məhdud təsirə malikdir. Mandatın dəyişməsinə isə münaqişə tərəflərinin razılığından əlavə, ATƏT-ə üzv olan bütün ölkələrin də razılığı gərəkdir.

Atəşkəsin pozulması barədə xəbərlərin hər dəfə doğru olub-olmaması sualına cavabda Kasprşik deyib ki, hazırda atəşkəsin pozulması haqda müdafiə nazirliklərinin məlumatları atəşkəsin pozulması səbəbləri qeyd olunmadan mətbuatda dərc olunur.

"Lakin bu, bütün xəbərlərin ciddi olması demək deyil. Hərdən elə olur ki, əsgər postda gurultu eşidir, nədənsə qorxur və atəş açır. Bəzən də əsgərlər özlərini, cəsarətlərini göstərmək istəyirlər. Elə hallar da olur ki, atəş açmaqla xəbərdarlıq edirlər ki, yaxınlaşmaq olmaz, burda post yerləşir. Cavab atəşi gələndə isə mətbuata sızır ki, atəşkəs pozuldu, atışma başladı. Səbəblər fərqli ola bilər və bu, hər zaman tərəflərdən birinin digərinə atəş açmaq istəyi ilə bağlı deyil. Təhlükəli olan hal bilərəkdən konkret şəxs istiqamətində atəş açmaqdır", - Kasprşik deyib.

Xəbər lenti

Xəbər lenti