...

Azərbaycanın "İrəli" İctimai Birliyi Türkiyənin əməkdaş təşkilatları ilə münasibətlərinə yenidən baxa bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2009 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın "İrəli" İctimai Birliyi Türkiyənin əməkdaşlıq etdiyi təşkilatları ilə münasibətlərinə yenidən baxa bilər.

"İrəli" İctimai Birliyi cümə günü yaydığı bəyanatda Türkiyə-Ermənistan sərhədinin açılmasının reallaşmasını Azərbaycan və Türkiyə arasında isti münasibətlərə soyuqluq gətirəcək bir hal kimi qiymətləndirir. "Belə addımın atılması "Bir millət-iki dövlət" prinsipi ilə möhkəmləndirilmiş münasibətlərə mənfi təsir göstərə bilər", - bəyanatda deyilir.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Bəyanatda bildirilir ki, "İrəli" İctimai Birliyi Türkiyə ictimaiyyətinə, siyasi partiyalara, ictimai-siyasi təşkilatlara, siyasi partiyaların gənclər təşkilatlarının rəhbərlərinə sorğu-müraciət göndərib. Birlik müraciətdə onlardan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qəti etiraz etməyi və bu məsələ ilə bağlı rəsmi mövqelərini bildirməyi xahiş edib.  

Trend -un arayışı: "İrəli" İctimai Birliyi üç ildən artıq fəaliyyət göstərmiş eyniadlı Ümumrespublika Gənclər Hərəkatının bazasında yaradılıb. Birliyin sıraları altı min nəfərdən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti