...

Fransa Azərbaycan və Ermənistanı danışıqlar prosesində daha da irəliyə getməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2009 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir C.Babayeva /

Fransa Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda daha da irəliyə getməyə çağırır.

"ABŞ və Rusiya ilə yanaşı, Fransa da münaqişə tərəflərini öz növbəti görüşlərində, o cümlədən həmsədrlərin onlara təklif edəcəyi iyunun əvvəlində Sankt Peterburqda keçiriləcək görüşdə daha da irəliyə getməyə çağırır", - çərşənbə axşamı Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin bəyanatında deyilir.

ATƏT-in Minsk qrupunda ABŞ və Rusiya ilə birgə həmsədr olan Fransa, Azərbaycana və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin nizamlanmasına kömək etmək üçün səylərini davam etdirdiyini bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşünün hazırkı danışıqlar prosesinə bir nümunə olduğunu və onlar arasında bərqərar olmuş münasibətin konstruktiv xarakterini təsdiq etdiyini bildirib. 

"Fransa tərəfləri ilkin atəşkəsin və onu möhkəmləndirməyə yönəlmiş sonrakı mətnlərin qaydalarına dəqiqliklə riayət etməyə çağırır", - bəyanatda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti