...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2009 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 22-də saat 22:25-dən 22:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.10-dan 23.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.20-dən 22.35-dək və mayın 23-də saat 00.40-dan 00.50-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti