...

Beynəlxalq təşkilatlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə hesablaşmalıdır – icmanın həmtəsisçisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2009 15:48 (UTC +04:00)
Beynəlxalq təşkilatlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə hesablaşmalıdır – icmanın həmtəsisçisi

Azərbaycan, Bаkı, 01 iyun / Trend , müxbir A.Hüseynbala /

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin həmtəsisçisi bildirib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq təşkilatlar icma ilə hesablaşmalıdır.

"Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesi ilə məşğul olan təşkilatlar bizimlə hesablaşmağa məcburdurlar. Təşkilatlanmanı elə səviyyədə qurmalıyıq ki, beynəlxalq təşkilatlar yeri gələndə bizim rəyimizi öyrənsin, fikrimizlə hesablaşsınlar", - bazar ertəsi Trend -a icmanın həmtəsisçisi, millət vəkili Elman Məmmədov bildirib.

Trend -un arayışı: "Dağlıq Qarabağın Azərbaycanlı İcma"sının ilk rəhbəri Şuşanın mərhum icra başçısı Nizami Bəhmənov olub. Bəhmənov ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarında "Dağlıq Qarabağın Azərbaycanlı İcma"sını da həmin ildən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı kimi təmsil edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Dağlıq Qarabağın işğalı ilə bağlı üzləşdiyimiz indiki vəziyyət bizdən icma kimi daha çevik fəaliyyət göstərməyimizi tələb edir", - Məmmədov bildirib.

Onun sözlərinə görə, fəaliyyətlərini elə qurmalıdırlar ki, icmanı dünyada tanısınlar.

Deputatın fikrincə, icma təcavüzkar ermənilərin XX əsrin sonunda törətdiyi Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasına çalışmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti