...

ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiyanın XİN sonrakı fəaliyyətlərini koordinasiya ediblər – amerikalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2009 17:51 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiyanın XİN sonrakı fəaliyyətlərini koordinasiya ediblər – amerikalı həmsədr

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir E.Tariverdiyeva /

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri bu gün Rusiyanın xarici işlər nazirinin müavini Qriqor Karasin ilə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müzakirə olunub. Bu barədə Trend -a Amerikalı həmsədr Metyu Brayza bildirib.

"Biz konsultasiyalar keçirmişik və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə yanaşma formamızı koordinasiya etmişik", - deyə Moskvadan telefonla Brayza bildirib.

Onun sözlərinə əsasən, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işləri davam etdirəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti