...

Tərtərdə 13 yaşlı gənc minaya düşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2009 20:55 (UTC +04:00)

Azərbaycan, Tərtər, 10 iyun / Trend , müxbir Ş.Cəliloğlu /

Bu gün günorta saatlarında Tərtər rayonunun Kökətmə adlanan ərazisində Laçın rayon məcburi köçkünü 1996-cı il təvəllüdlü Cabbarov Babək Mehman oğlu piyada əleyhinə minaya düşüb.

Cabbarov ərazidə mal-qara otararkən minaya düşüb. Mütəxəssislər hesab edir ki, bu, OZM markalı piyada əleyhinə minadır. Yaralı Tərtər rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun bədəninin aşağı nahiyəsindən üç qəlpə çıxarılıb.

Tərtər rayon xəstəxanasının cərrahiyyə şöbəsinin baş həkimi Mübarək Mahmudov xəstənin vəziyyətinin kafi olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti