...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2009 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 15-də saat 12.00-dan 12.15-dək

Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 18.30-dan 18.40-dək Göy-göl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; iyunun 16-da saat 01.20-dən 01.55-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

        İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti