...

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində real irəliləyişə nail olunub - Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2009 11:24 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində real irəliləyişə nail olunub - Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir E.Tarıverdiyeva /

Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində real irəliləyişə nail olunub, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi hesab edir, Reuters məlumat verib.

"Danışıqlar prosesi fəallaşıb. Ay ərzində bizim iki görüşümüz baş tutub, lakin tez bir zamanda Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş olacaq", - o qeyd edib.

Qarabağ mübnaqişəsinin tənzimlənməzi üzrə Sankt-Peterburqda keçirilmiş yüksək səviyyəli son görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında beşinci görüş olub. Əvvəlki görüş iyunun 7-də Praqada baş tutub. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikinci noyabrın sonunda Moskvada, üçüncü bu il yanvarın 28-də Sürixdə keçirilib.

Münaqişənin təhlükəli olması məsələsinə münasibət bildirən Semnebi deyib ki, onu nəzərə almamaq ağılsızlıq olardı və tərəflər hərbi əməliyyatların riskini dərk edirlər.

"Hər bir halda ötən il Gürcüstanda baş vermiş müharibə hərbi əməliyyatların təhlükəli olduğunu göstərib", - o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon  Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti