...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2009 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir K.Zərbaliyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 21-də saat 17.10-dan 17.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.25-dən 22.30-dək, iyunun 22-də saat 00.30-dan 00.50-dək və 03.10-dan 03.20-dək Ağdam rayonunun Mərzili, Tağıbəyli və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.20-dən 01.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti