...

Dağlıq Qarabağ məsələsinin həlli zamanı Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası təmin olunmalıdır – Polşa Prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2009 14:13 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsinin həlli zamanı Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası təmin olunmalıdır – Polşa Prezidenti

Dağlıq Qarabağ məsələsinin həlli zamanı Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası təmin olunmalıdır, Polşa Prezidenti Lex Kaçinski cümə axşamı Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif olunma mərasimində bildirib, bu barədə məlumatı AzərTac dövlət agentliyi yayıb.

"Sözsüz ki, mən bu problemin sülh yolu ilə həllinin tərəfdarıyam. Əslində, sözügedən məsələnin həlli zamanı azlıqların hüquqları gözlənilməli, bununla yanaşı isə Azərbaycanın ərazi bütövlüyü qorunmalı və bərpa olunmalıdır", - deyə Polşa Prezidenti bildirib.

Onun sözlərinə əsasən, hər hansı bir ölkənin ərazi bütövlüyünün güc tətbiqi ilə pozulması yolverilməzdir.

"Şəxsən mənim bu məsələ ilə bağlı heç bir şübhəm yoxdur. Hər hansı ölkənin ərazi bütövlüyünün pozulması yolverilməzdir. Heç kim hətta ən güclü himayədarın bayrağı altında belə, hərəkət etməməlidir. Bilirəm ki, bu problem məhz belə yaranıb", - deyə Kaçinski bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev öz növbəsində qeyd edib ki, polşalı həmkarı hər zaman Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prinsiplərini dəstəkləyir və bütün Azərbaycan xalqı adından ona minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti