...

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü problemin həllində müəyyən irəliləyişləri mümkün edir – Prezident Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2009 14:45 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü problemin həllində müəyyən irəliləyişləri mümkün edir – Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir A.Hüseynbala /

"Azərbaycan və Ermənistan prezidentlərinin bu ay ərzində növbəti görüşünün keçirilməsi məhz problemin həllində müəyyən irəliləyişlərin ola biləcəyini mümkün edir", - Trend -un məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Azərbaycan Prezidenti Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. 

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi intensivləşib. Prezident İlham Əliyev Ermənistan Prezidenti Serj Sarkisyan ilə beş dəfə görüşüb. Növbəti görüş Ermənistana bir daha xəbərdarlıq olmalıdır. Çünki Azərbaycan prinsipial mövqeyindən heç zaman çəkilməyəcək", - Novruzov əlavə edib.

Azərbaycan və Ermənistan prezidentlərinin iyulun ortalarında Moskvada görüşü nəzərdə tutulur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti