...

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü bu ay Moskvada baş tuta bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2009 16:53 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü bu ay Moskvada baş tuta bilər

Rusiya tərəfi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yeni görüşünün hazırlanması üzrə işlər görür. Bu barədə Rusiya Prezidentinin köməkçisi Sergey Prixodko bildirib. Məlumatı RİA Novosti yayıb.

"Biz Moskvada baş tuta biləcək növbəti üçtərəfli görüşün hazırlanması üzərində çalışırıq", - deyə Prixodko bəyan edib. O qeyd edib ki, iyulun ortalarında bu görüşüm baş vermə ehtimalı çox yüksəkdir.

Prixodko Rusiya Federasiyasının Minsk qrupunun iştirakçısı, nizamlanma prosesində vasitəçi qismində göstərdiyi səyləri diqqətə çatdırıb.

"Moskvada üçtərəfli görüş çərçivəsində əldə olunanlar nəticələr tələb olunandır. Üç dövlətin - Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçılarının Sankt-Peterburq iqtisadi forumu çərçivəsində qeyri-rəsmi ünsiyyəti öz bəhrəsini verib. Biz Azərbaycan və Ermənistan həmkarlarının RF-nın fəal səylərinin davamına maraqlı olduğunu hiss etdik", - RF Prezidentinin köməkçisi bildirib.

"Biz ayın ortalarında RF, Ermənistan və Azərbaycan prezidentlərinin daha bir üçtərəfli görüşünün baş tutacağını istisna etmirik. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün mümkün səylərin, addımların müzakirəsini davam etdirəcəyik", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti