...

Dağlıq Qarabağ münaqişəsinin həlli bütün region üçün müsbət faktor olacaq – azərbaycanlı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2009 17:27 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli bütün region üçün müsbət faktor olacaq – azərbaycanlı deputat

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir Ü.Sadıxova /

"Rusiyanın Cənubi Qafqazdakı münaqişə durumunun dəyişilməsində daha fəal iştirak etmək istəyi sülh prosesinin davam etdirilməsi üçün yaxşı imkanlar açır", - Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə hesab edir.

"Biz Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edə bilsək, bu, bütün region üçün müsbət faktor olacaq", - Mollazadə deyib.

"Azərbaycan ziyalılarının Dağlıq Qarabağa yaxınlarda baş tutan səfəri və Yerevandakı görüşləri danışıq prosesini əvəzləyə bilməyəcək və hətta "xalq diplomatiyası" da adlandırılmır. Missiyanın məqsədi prosesdə təxmini yaxınlaşmadır", - cümə günü mətbuat konfransında Mollazadə bildirib.

Ötən cümə günü Xankəndində Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın, Dağlıq Qarabağda səfərdə olan Rusiyanın mədəniyyət və kinematoqrafiya üzrə federal agentliyinin rəhbəri Mixail Şvıdkoyun, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Bako Saakyanın görüşü keçirilib. Məlumatı erməni KİV-i verib.

Xankəndinə gələn nümayəndə heyətində altı nəfər, o cümlədən Milli Məclisin iki deputatı Asim Mollazadə və Rövşən Rzayev, həmçinin bəstəkar Siyavuş Kərimi olub.

Bundan sonra Azərbaycan nümayəndə heyəti Ermənistana gələrək, prezident Serj Sarkisyanla görüşüb.

"Missiyamızın məqsədi sülh prosesini dəstəkləmək olub və biz əminik ki, Cənubi Qafqaz xalqları sülh şəraitində yaşaya bilərlər və biz regionda sülhün irəlilədilməsi imkanlarından yararlanmalıyıq", - deputat deyib.

"Biz əlimizdə olan sülh imkanlarından yararlanmaq üçün emosional deyil, rasional şəkildə hərəkət etməliyik", - Mollazadə hesab edir. Onun sözlərinə görə, erməni lobbisi və Ermənistan ermənilərinin mövqeləri fərqlənir. "Ermənistanda mən, Prezident Sarkisyanın bizimlə söhbətində dediyi kimi sülh imzalamaq istəyini gördüm", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti