...

Mən prezidentlərin Moskva görüşündə irəliləyiş olacağına ümid edirəm - birinci vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2009 12:50 (UTC +04:00)
Mən prezidentlərin Moskva görüşündə irəliləyiş olacağına ümid edirəm - birinci vitse-spiker

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin birinci vitse-spikeri Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı irəliləyiş olacağına ümid edir.

"Problemin həllində irəliləyiş olmalıdır. Mən prezidentlərin Moskva görüşündən də irəliləyiş gözləyirəm", - Trend -un məlumatına görə, bazar ertəsi jurnalistlərə Milli Məclis sədrinin birinci müavin Ziyafət Əsgərov bildirib.

Əsgərovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Serj Sərkisyanla görüşləri bundan sonra da davam edəcək. "Madrid sənədindəki son prinsiplərlə yalnız mətbuatda tanış olmuşam. Sənədin özünü görməmişəm. Mən Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Moskvada imzaladığı bəyannəmə ilə tanışam. Burada isə qeyd edilir ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Amma münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına şübhəm yoxdur", - birinci vitse-spiker əlavə edib.

Onun fikrincə, münaqişənin sülh yolu ilə həll olunması hər iki dövlətin mənafeyinə uyğundur. "Amma problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsundə həll olunmasa, müharibə məsləsi gündəmə gələ bilər", - Əsgərov vurğulayıb

Xəbər lenti

Xəbər lenti