...

Azərbaycan və Ermənistan prezidentləri xarici işlər nazirlərinə payızda onların yeni görüşünü hazırlamağı tapşırıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2009 11:16 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentləri xarici işlər nazirlərinə Minsk qrupunun həmsədrləri ilə birlikdə payızda yüksək səviyyədə görüşün təşklili üzrə hazırlıq işlərinin keçirilməsini tapşırıblar. Yerevenda Prezidentin mətbuat xidmətindən İTAR-TASS-ın müxbirinə bildirildiyi kimi, İlham Əliyev və Serj Sarkisyanın Moskvada cümə günü baş tutan görüşünün nəticəsi budur.  

Tərəflər "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqların davam etdirilməsinə konstruktiv yanaşıblar", - mətbuat xidmətindən bildirilib.

Moskva görüşü Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nabandyan, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Metyu Brayza (ABŞ), eyni zamanda ATƏT-in hazırki sədrinin xüsusi nümayəndəsi Anji Kasprşikin iştirakı ilə başlayıb. Sonra prezidentlər görüşü davam etdirib, bundan sonra onlara nazirlər və həmsədrlər qoşulub.  

Xəbər lenti

Xəbər lenti