...

Madrid prinsiplərinin yeniləşdirilmiş variantı milli maraqlara uyğun gələcəksə, Azərbaycan bu prinsiplər əsasında danışıqları davam etdirəcək – hakim partiya

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2009 15:23 (UTC +04:00)
"Madrid prinsiplərinin yeniləşdirilmiş variantı açıqlanmadığı üçün bu haqda indidən fikir yürütmək çətindir. Amma bir məsələ var ki, bu variant milli maraqlarımıza uyğun gələcəksə, Azərbaycan bu prinsiplər əsasında danışıqları davam etdirəcək", - çərşənbə günü YAP icra katibinin müavini Mübariz Qurbanlı partiyanın rəsmi saytına bildirib.
Madrid prinsiplərinin yeniləşdirilmiş variantı milli maraqlara uyğun gələcəksə, Azərbaycan bu prinsiplər əsasında danışıqları davam etdirəcək – hakim partiya

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Madrid prinsiplərinin yeniləşdirilmiş variantı ölkənin milli maraqlarına uyğun gələcəksə, Azərbaycan bu prinsiplər əsasında danışıqları davam etdirəcək.

"Madrid prinsiplərinin yeniləşdirilmiş variantı açıqlanmadığı üçün bu haqda indidən fikir yürütmək çətindir. Amma bir məsələ var ki, bu variant milli maraqlarımıza uyğun gələcəksə, Azərbaycan bu prinsiplər əsasında danışıqları davam etdirəcək", - Trend - un məlumatına görə, çərşənbə günü YAP icra katibinin müavini Mübariz Qurbanlı partiyanın rəsmi saytına bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Qurbanlının sözlərinə görə, yeniləşdirilmiş variant milli maraqlara cavab verməsə, Azərbaycan yeni prinsiplərin hazırlanması və bunun əsasında da danışıqların aparılmasını təklif edə bilər. "Bütün hallarda Azərbaycan prinsipial mövqeyindən geri çəkilməyəcək. Azərbaycan Prezidenti bildirib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Bu baxımdan bütün həll variantları bu əsasda olmalıdır", - deyə YAP icra katibinin müavini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti