...

Aİ Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyin vacibliyini etiraf edib – Avropa Hərəkatının baş katibi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Avqust 2009 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir V.Javoronkova /

Avropa İttifaqı (Aİ) Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyin vacibliyini etiraf edib və biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Bu barədə cümə günü Bakıda jurnalistlərə Beynəlxalq Avropa Hərəkatının baş katibi Dieqo Pinto bildirib.

"Dağlıq Qarabağ münaqişəsi həssas məsələdir, mən vəziyyətin gərginləşməsini deyil, münaqişənin həll olunmasını istəyirəm", - Pinto TREND İnformasiya Agentliyinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən məbuat konfransında bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Pintonun Bakıya səfəri bu təşkilatın Azərbaycandakı nümayəndəliyinin dəvəti ilə həyata keçib. Səfərin məqsədi Azərbaycan və Avropa İttifaqı arasında imzalanan "Şərq tərəfdaşlığı" proqramının tətbiqi üsulları və inkişaf yollarının müəyyən edilməsi, bu məsələlərin hökumət və ictimaiyyət ilə müzakirəsidir. Eyni zamanda Avropaya inteqrasiya üzrə ictimai təşkilatlara və hökumətə tövsiyələr verməkdir.

Səfər çərçivəsində onun Prezident Administrasiyasında və XİN-də, eyni zamanda bir sıra siyasi partiyaların liderləri və digər şəxslərlə görüşləri keçirilib.

Hərəkat 1948-ci ildə yaradılıb. Məqsədi Avropa İttifaqının və Avropa Şurasının yaradılması idi. Avropa Şurasının yaranmasından sonra onun məqsədi hərəkatın ideyalarının bütün dünya üzrə yayılması oldu. Azərbaycan kimi ölkələrə hərəkat Avropaya inteqrasiya və Aİ-nın üzvü olmaq məsələlərində kömək etməyə çalışır. Bununla yanaşı, hərəkat Avropa Parlamentinə seçkilərin təşkili, konstitusiyanın və bir çox layihələrin hazırlanması ilə məşğul olur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti