Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 31-də saat 13.35-dən 13.45-dək və 16.50-dən 17.22-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.00-dan 14.15-dək Tərtər rayonu ərazisindəki adsış yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 1-də saat 00.40-dan 00.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.